...

Hesab.az-dan pulsuz dəqiqələr

Telekommunikasiya Materials 1 Mart 2016 13:02 (UTC +04:00)
Hesab.az portalında Bakcell balansını artıran hər istifadəçi bonus olaraq danışıq dəqiqələri qazanacaq.
Hesab.az-dan pulsuz dəqiqələr

Bakı. Trend:

Hesab.az portalında Bakcell balansını artıran hər istifadəçi bonus olaraq danışıq dəqiqələri qazanacaq. Bir mart tarixindən etibarən Hesab.az-da Bakcell balansını ən azı 3 AZN artıran istifadəçilər bonus olaraq şəbəkədaxili danışıq dəqiqələri qazanacaqlar.

Bakcell abonentləri balansını 3 AZN və ondan yuxarı məbləğdə artırdıqda 2 danışıq dəqiqəsi əldə edəcəklər və bu dəqiqələr 3 gün ərzində istifadə edilməlidir.

Qeyd edək ki, bonus danışıq dəqiqələri hər 24 saat ərzində bir dəfə təqdim edilir. Kampaniya bir ay davam edəcək.

Hesab.az haqqında

GoldenPay şirkətinə məxsus 210 mindən çox istifadəçisi olan Hesab.az, 80-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 11 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti