...

"Nar" bütün istiqamətlərə zənglərin qiymətini endirdi

Telekommunikasiya Materials 18 Mart 2016 15:23 (UTC +04:00)
“Salam” tarifinə indi qoşul, zənglərin 1 dəqiqəsi üçün cəmi 3 qəpik ödə!
"Nar" bütün istiqamətlərə zənglərin qiymətini endirdi

Bakı. Trend:

"Nar" öz abunəçilərinə rahat ünsiyyət təmin etmək məqsədilə "Salam" tarifində ölkədaxili bütün istiqamətlərə zənglərin qiymətini endirdi. İndi "Nar" istifadəçiləri abunə haqqı ödəmədən "Salam" tarifində zənglərin 1 dəqiqəsi üçün cəmi 3 qəpik ödəyəcəklər.

"Salam" tarifinə qoşulmaqla abunəçilər çox sərfəli qiymətlə yanaşı, həm də 2 sevimli nömrəni pulsuz əlavə etmək imkanından da yararlana bilərlər. "Nar" öz abunəçilərinin rahatlığını nəzərə alaraq, Sevimli Nömrələr arasında danışıq qiymətini də endirdi. İndi "Salam" tarifində Sevimli Nömrələr arasında danışığın 1 dəqiqəsi 1,5 qəpik təşkil edir.

Bu tarifə qoşulmaqla abunəçilər şəbəkə fərqini düşünmədən və abunə haqqı ödəmədən istədikləri qədər rahat danışa biləcəklər. "Salam" tarif planındakı endirimlər 1 iyun 2016-cı il tarixinədək qüvvədədir.

Tarif planına qoşulmaq üçün sadəcə mobil telefonun ekranında *777#334#YES şifrəsini yığmaq və ya Salam yazaraq 777 nömrəsinə qısa mesaj göndərmək kifayətdir. Sərfəli qiymətlərdən yararlanmaq istəyən yeni abunəçilərin isə "Nar" Satış və Xidmət mərkəzlərinə müraciət etmələri kifayətdir.

Tarif haqqında daha ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti