...

Nar "Spring National" konfransını dəstəklədi (FOTO)

Telekommunikasiya Materials 28 Mart 2016 16:25 (UTC +04:00)
“Nar” “AİESEC Azerbaijan” tərəfindən təşkil edilən “Spring National” konfransını dəstəklədi.
Nar "Spring National" konfransını dəstəklədi (FOTO)

Bakı. Trend:

"AİESEC Azerbaijan" tərəfindən "Nar" operatorunun sponsorluğu ilə təşkil edilmiş yaz milli konfransı uğurla başa çatdı.

"AİESEC" tərəfindən Azərbaycanda həyata keçirilən ən əsas layihələrdən biri olan yaz konfransı 21-24 mart 2016-cı il tarixləri arasında Cəlilabad Olimpiya Mərkəzində baş tutdu. 100-dən çox iştirakçının qatıldığı bu irimiqyaslı tədbir təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edirdi.

Görüş zamanı müxtəlif hesabatlar məruzə edildi, gələcək 6 ay üçün nəzərdə tutulmuş layihələr və prioritetlər müzakirəyə çıxarıldı, yay mübadilə proqramı ətrafında fikir mübadiləsi aparıldı, ən fəal üzvlərə müxtəlif təşəkkürnamələr və hədiyyələr təqdim olundu. Yeni "AİESEC Azerbaijan" üzvlərinə təşkilatın cəmiyyətdə oynadığı rol, bölüşdüyü dəyərlər və effektiv komanda ruhu, təkcə paytaxt gəncləri arasında deyil, eləcə də bölgələrdəki gənc vətəndaşlar arasında aparılan iş və 2016-cı il hədəfləri barədə geniş məlumat verildi.

Gənclərə və təhsilə dəstək olan "Nar" müxtəlif ünsiyyət platformalarına böyük önəm verməkdədir. Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan mobil operator bu mötəbər tədbirə dəstək verərək, daha bir uğurlu təşəbbüslə çıxış etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti