...

İnnovativ "eNəzarət" xidməti "Nar" abunəçilərinin böyük rəğbətini qazandı

Telekommunikasiya Materials 7 Aprel 2016 17:05 (UTC +04:00)
“Nar” abunəçiləri balans və internet trafiklərinə tam nəzarət edə bilirlər.
İnnovativ "eNəzarət" xidməti "Nar" abunəçilərinin böyük rəğbətini qazandı

Bakı. Trend:

"Nar" öz abunəçilərinin rahatlığını düşünərək, 2016-cı ilin fevral ayında internet trafiki və balansı asanlıqla idarə etmək imkanı yaradan "eNəzarət" xidmətini təqdim etmişdir.

Xidmət hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.

"Nar" tərəfindən təqdim edilən bu yenilik abunəçilərin böyük rəğbətini qazandı. Belə ki, qısa müddət ərzində 220 mindən artıq "Nar" abunəçisi bazarda unikal sayılan "eNəzarət" xidmətinin təqdim etdiyi imkanlardan yararlanmışdır.

Balansa və internet trafikinə nəzarət imkanı ilə yanaşı, "Nar" öz abunəçilərinə yenilənmiş və daha sərfəli internet paketlərini də təqdim etmişdir. "Nar" istifadəçiləri gücləndirilmiş və yenilənmiş şəbəkədən yararlanaraq, sərfəli qiymətlərlə daha çox çeşidli və limitsiz internet paketlərindən istifadə edə bilirlər.

Abunəçilərin rahatlığını düşünən "Nar" yenilənmiş və yüksəksürətli Turbo paketlərini də limitsiz edib. İndi, paket bitdikdən sonra belə abunəçilər trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq internetdən istifadə edə bilirlər.

"eNəzarət" xidmətindən istifadə qaydaları və yenilənmiş internet paketləri haqqındakı daha ətraflı məlumatı mobil operatorun internet səhifəsindən əldə edə bilərsiniz: www.nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti