...

"Nar" tələbələrə müasir GSM avadanlığı ilə işləmək imkanı yaratdı (FOTO)

Telekommunikasiya Materials 14 Aprel 2016 16:36 (UTC +04:00)
Aprelin 14-də Azərbaycan Texniki Universitetində “Nar” tərəfindən telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyanın açılış mərasimi keçirilib.
"Nar" tələbələrə müasir GSM avadanlığı ilə işləmək imkanı yaratdı (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Azərbaycan Texniki Universitetində "Nar" tərəfindən telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyanın açılış mərasimi keçirilib.

"Azerfon" MMC və Texniki Universitet arasında imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində "Nar" müvafiq telekommunikasiya avadanlığını təmənnasız şəkildə universitetin istifadəsinə təqdim etdi.

Yenilənmiş laboratoriyada tələbələrə GSM haqqında nəzəri biliklərlə yanaşı GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti veriləcəkdir. Bundan əlavə, imzalanmış müqaviləyə əsasən, "Nar" mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini təmin edəcəkdir.

"Nar" tərəfindən təmin edilən telekommunikasiya avadanlığı "Kommutasiya sistemləri və poçt rabitəsi" kafedrasının laboratoriyasında quraşdırıldı. Mobil operator avadanlığa tələb olunan hər cür texniki dəstək xidmətlərini də öz üzərinə götürdü. Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri "LTE - mobil rabitənin yeni nəsli", "IMS və NGN texnologiyası", "İnternetə naqilsiz daxilolma texnologiyaları", "Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması" və "Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti" mövzularını əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinə GSM avandanlığının təmənnasız təqdim olunması və tələbələrə metodik dəstəyin verilməsi "Nar" operatorunun KSM (Korporativ Sosial Məsulliyyət) strategiyası çərçivəsində həyata keçirilir. "Nar" təhsil sahəsini KSM strategiyasının mühüm istiqaməti olaraq qiymətləndirir.

Bu və digər layihələr haqqında daha ətraflı məlumatı www.nar.az internet səhifəsində öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti