...

Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50%-ə qədər endirim

Telekommunikasiya Materials 19 Aprel 2016 18:15 (UTC +04:00)
Azercell-in populyar Gənc OL tarif paketində sərfəli endirimlər və kampaniyaların sayı durmadan artır.
Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50%-ə qədər endirim

Bakı. Trend:

Azercell-in populyar Gənc OL tarif paketində sərfəli endirimlər və kampaniyaların sayı durmadan artır.

İndi Gənc OL tarif paketinə qoşulan abunəçilər daha 19 məkanda (restoranlar, mağazalar, fitnes, təhsil, əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.

Məkanın adı

Endirim növü

SIX

3 al 2 ödə

ÖzSüt

Xüsusi menyu (35% endirimlə)

Domino's Pizza

20% endirim

Pizza Mizza

20% endirim

Burger House

20% endirim

Coffee GO

1 qəhvə alana 2-cisi PULSUZ

R&N Cafe

Xüsusi menyu (43% endirimlə)

Purple Karaoke

50% endirim

Golden Fries

20% endirim

Mərkız Lahmacun

20% endirim

Flower Toys

Güllərə 10% endirim, aksesuarlara 15% endirim

Cıdır Atçılıq Klubu

40% endirim

Skandinaviya Evi

20% endirim

OASİS

30% endirim

Grace

20% endirim

Bakinka M

20% endirim

NİL

40% endirim

Nil Exclusive

30% endirim

GRBS

40% endirim

Ümumilikdə isə abunəçilər 60-dan artıq fərqli məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər.

Gənc OL tarif paketində olan bütün endirimlər barədə daha ətraflı http://www.gencol.az/az/teklifler linki vasitəsilə tanış olmaq olar.

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

Azercell-in qeyd olunan paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Gənc OL tarifində endirimlərinin sayı artmaqda davam edir.

Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti