...

Azərbaycan "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

Telekommunikasiya Materials 20 Aprel 2016 17:35 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40 nəfərə yaxın Azərbaycan nümayəndə heyəti Belarusun Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib.
Azərbaycan "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40 nəfərə yaxın Azərbaycan nümayəndə heyəti Belarusun Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib.

Qeyd edək ki, 23-cü dəfə təşkil olunan "TİBO-2016" ixtisaslaşmış sərgisi Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılış mərasimində Belarusun Baş naziri Andrey Kobyakov, Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan VİP-tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Belarus Rabitə və İnformasiyalaşdırma Nazirliyi arasında hər iki ölkənin informasiya texnologiyaları üzrə şirkətlərinin iştirakı ilə 3-cü Belarus-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) Forumu keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti