...

Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Telekommunikasiya Materials 23 Aprel 2016 13:48 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend Nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib.

Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib.

Səmimi təbrikə görə minnətdarlığını ifadə edən Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib.

Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti