Bakı. Hüseyn Vəliyev - Trend:
Aztelekom və "Bakı telefon şəbəkəsi" İstehsalat Birliyinin stasionar rabitə və internet xidmətlərinin ödənilməsi eManat ödəmə terminallarında mümkün olacaq. Bu barədə Trend-ə "Modenis" şirkətindən bildiriblər.
Manat ödəmə terminallarında dövlət operatorlarının xidmətləri üzrə ödəmə 2015-ci ilin əvvəlində dayandırılıb.
Şirkətdən bildiriblər ki, dövlət operatorlarının xidmətləri üzrə abonent ödəmələri üzrə danışıqlara yaxın zamanlarda başlanılacaq və həmin xidmətin yenidən eManat ödəmə terminallarında mümkün olacağı istisna deyil.