...

"Uber" Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

Telekommunikasiya Materials 28 İyun 2016 14:30 (UTC +04:00)
Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "Uber" beynəlxalq texnologiya şirkəti Bakının sakinləri və qonaqlarına idman avtomobillərində şəhər daxilində səyahət etmək təcrübəsini bəxş edəcək.
"Uber" Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

Bakı. Trend:

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakının sakinləri və qonaqlarına idman avtomobillərində şəhər daxilində səyahət etmək təcrübəsini bəxş edəcək.

Bu ilin iyulun 2-də saat 12:00-dan 18:00-dək “Uber” şirkəti “Audi R8” və ya “Maserati GT” sportkarlarını şəxsi sürücü ilə istifadəçilərin qapısına göndərəcək. Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhərdə tam pulsuz gəzmək imkanı əldə edəcək. Sportkarla pulsuz gəzmək və o həyəcanı yaşamaq üçün “Uber” tətbiqini mobil telefona yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də mövcuddur), BAKUSUPERCARS promokodu daxil etmək və tətbiqin “Promokodlar” bölməsində “SuperCar” opsiyasını seçərək sifariş etmək lazımdır.

Sifarişdən sonra sürücülər sifariş zamanı qeyd olunan ünvana gələcək. #BakuSUPERCARS-da iştirak etmək istəyənlərin sayının çox olmasını nəzərə alaraq, “Uber” bir qədər səbr edib, bir daha sifariş verməyi xahiş edir. Super-avtomobil sizi qeyd etdiyiniz ünvandan götürəcək, 15 dəqiqə ərzində şəhər daxilində gəzdirəcək və geri qaytaracaq. “Uber” istəyir ki, sözügedən gəzinti istifadəçilərə unudulmaz anlar yaşatsın. Məhz bu səbəbdən avtomobillər şəhərdə bir ünvandan digər ünvana getmək üçün nəzərdə tutulmayıb – bunun üçün “uberX”dən yararlanmaq olar. Superkar bir sərnişin götürə bilər, çünki avtomobillərin ümumi sərnişin tutumu iki nəfərlikdir.

İstifadəçilər #BakuSUPERCARS təəssüratları ilə #BakuSUPERCARS heşteqi ilə “Twitter”, “Instagram” və ya “Facebook”da dostları ilə paylaşaraq sosial şəbəkələrdə foto və video ilə bölüşə bilər.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

“Uber” şirkəti haqqında:
“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmət göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti