...

"Ailə NET"dən sərfəli aksiya

Telekommunikasiya Materials 4 İyul 2016 15:21 (UTC +04:00)
Müasir fiber optik internet xidmətinə keçidin təşviqi məqsədilə "Ailə NET" abunəçilərinə geniş imkanlar təklif edir.
"Ailə NET"dən sərfəli aksiya

Bakı. Trend:

Müasir fiber optik internet xidmətinə keçidin təşviqi məqsədilə "Ailə NET" abunəçilərinə geniş imkanlar təklif edir.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indi 9 aylıq abunə haqqını öncədən ödəyən abunəçilər Ailə NET-dən "Kaspersky" antivirusu qazanacaqlar.

Abunəçilərə Kaspersky İnternet Security kartı təqdim olunacaq. Həmin kartla hazırkı "Kaspersky" istifadəçiləri 1 il, yeni Kaspersky istifadəçiləri isə 8 ay tam funksional antivirus xidmətindən istifadə edə biləcəklər.

Yeni "Kaspersky" istifadəçiləri hədiyyə kartı əldə etdikdən sonra antivirus proqram təminatını yükləməlidirlər.

Hədiyyə Kaspersky İnternet Security kartı 2 cihaz üçün nəzərdə tutulub və bir-neçə əməliyyat sistemini dəstəkləyir.

Kampaniya 31.08.2016 tarixindək keçərlidir.

Bundan əlavə, hədiyyə Kaspersky İnternet Security kartı əldə edən, "Ailə NET" abunəçilərinin 31.07.2016 tarixindək planşet və ya smartfon da qazanmaq imkanları var. Bunun üçün bura daxil olmaq tələb olunur.

"Ailə NET"in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti