...

"Kaspersky Lab" "bug bounty" proqramı ilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq

Telekommunikasiya Materials 3 Avqust 2016 16:05 (UTC +04:00)
“Kaspersky Lab” şirkəti “bug bounty” proqramı vasitəsilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq.
"Kaspersky Lab" "bug bounty" proqramı ilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq

Bakı. Trend:

“Kaspersky Lab” şirkəti “bug bounty” proqramı vasitəsilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Kaspersky Lab” şirkəti hazırladığı proqram təminatlarında boşluqların aşkarlanmasına yönəlmiş “bug bounty” proqramını açıq elan edir. Sözügedən təşəbbüs kənar tədqiqatçıların cəlb olunması və şirkətin həllərində əhəmiyyətli xətaların müəyyən edilməsi halında mükafatın ödənilməsini nəzərdə tutur. Bununla “Kaspersky Lab” öz həllərində daxili boşluqları aradan qaldırmaq istiqamətində işləməklə yanaşı, informasiya texnologiyaları sahəsində kənar ekspertlərlə qarşılıqlı əlaqələrin miqyasını və formatını genişləndirir. Bu təşəbbüsdə “Kaspersky Lab”ın tərəfdaşı qismində “bug bounty” proqramları üçün tanınmış beynəlxalq platforma olan “HackerOne” çıxış edir.

Cari ilin avqustun 2-də start götürən proqramın birinci mərhələsi 6 ay ərzində davam edəcək. Bu müddət ərzində “Kaspersky Lab” fərdi və korporativ istifadəçilər üçün flaqman həllər sayılan “Kaspersky Internet Security” və biznes üçün “Kaspersky Endpoint Security” proqram təminatlarını yoxlanmaya təqdim edəcək. Ümumilikdə şirkət boşluqları aşkarlayan tədqiqatçılara 50 min ABŞ dolları həcmində mükafat verməyi nəzərdə tutur. Birinci mərhələ yekunlaşdıqda “Kaspersky Lab” nəticələri təhlil edərək növbəti mərhələdə istifadə olunacaq əlavə məhsulları və sonrakı tədqiqatlar üçün nəzərdə tutulmuş ödənişləri müəyyən edəcək.

”Bug bounty” proqramı məhsullarımızın daim təkmilləşdirilməsi və onların etibarlılığının artırılması üçün həyata keçirdiyimiz tədbirlərə möhtəşəm bir əlavədir. Təhdidlərin gündən-günə mürəkkəbləşdiyi və cinayətkarların daha qəliz alətlərdən istifadə etdiyi bir mühitdə kibertəhlükəsizlik sahəsində çalışan şirkətlər “bug bounty” proqramları vasitəsilə kənar ekspertlərlə daha sıx əməkdaşlıq etməlidirlər. Bu, müdafiə həllərinin etibarlılığı və istifadəçilərin təhlükəsizliyinin təminatı üçün effektiv vasitə və zəruri bir addımdır», - deyə “Kaspersky Lab” şirkətinin araşdırmalar və layihələr üzrə direktoru Nikita Şvetsov bildirib.

"Boşluqlar qaçılmazdır və “bug bounty” formatlı təşəbbüslər proqram təminatlarının ənənəvi üsullarla müdafiəsinin gücləndirilməsini öz bacarıq və təcrübələrinə görə inanılmaz müxtəlif haker qruplarını cəlb etməklə daha da təkmilləşdirməyə yönəlib. İstifadəçilərin ən yüksək səviyyədə müdafiəsini davam etdirmək üçün “Kaspersky Lab” şirkətinin “bug bounty”nin bütün üstünlüklərindən faydalanmasına yardımçı olmağımıza şadıq», - deyə “HackerOne” platformasının həmtəsisçisi və texniki direktoru Aleks Rays (Alex Rice) vurğulayıb.

“Kaspersky Lab” şirkətinin “bug bounty” proqramı haqda daha ətraflı məlumat https://hackerone.com/kaspersky saytında və şirkətin https://business.kaspersky.ru/bug-bounty/3966 ünvanlı bloqunda təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti