...

Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb

Telekommunikasiya Materials 15 Sentyabr 2016 17:48 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatdırılıb.
Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb

Bakı. Trend:

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan Trend-ə verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçmişdir. Növbəti mərhələyə keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçiriləcək.

Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək.

Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:

1.e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;

2.innovativ İKT məhsulları nümunələrinin hazırlanması;

3.innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti