...

Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir

Telekommunikasiya Materials 19 Sentyabr 2016 18:25 (UTC +04:00)
“Bakcell Business” abunəçiləri tamamilə yeni yanaşmadan və daha səmərəli biznes yönümlü həllərdən faydalanacaqlar.
Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir

Bakı. Trend:

“Bakcell Business” abunəçiləri tamamilə yeni yanaşmadan və daha səmərəli biznes yönümlü həllərdən faydalanacaqlar.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkət korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.

Bakcell şirkətinin Baş icraçı direktoru Nikolai Bekers bildirib: “Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu, şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq. İstəyirik ki, hər bir müştərimiz onun ehtiyacının qayğısına qaldığımızı və onun biznesinə dəstək göstərməyə həmişə hazır olduğumuzu bilsin”.

Rebrendinq çərçivəsində “Bakcell Business” portfelinə həsr olunmuş yeni internet səhifəsi istifadəyə verilib. İndi Bakcell şirkətinin mövcud və potensial müştəriləri öz biznesləri üçün faydalı təkliflər haqqında məlumatı bu keçiddən istifadə edərək əldə edə bilərlər: http://business.bakcell.com/

Hazırda bütün ölkə ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilat Bakcell şirkətinin onların ehtiyaclarını qarşılamaq üçün təqdim etdiyi korporativ tariflərdən faydalanmaqdadır. Şirkətin peşəkar nümayəndələri mobil rabitənin hər bir aspekti üzrə şirkətlərə, yerli hökümət orqanlarına və təşkilatlara həftənin 7 günü, 24 saat ərzində dəstəyin göstərilməsini təmin edirlər.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti