...

ASAN ödəniş sistemi üçün mobil tətbiqetmələr hazırlanacaq

Telekommunikasiya Materials 15 Oktyabr 2016 10:29 (UTC +04:00)
ASAN ödəniş sistemi üçün mobil tətbiqetmələr hazırlanacaq.
ASAN ödəniş sistemi üçün mobil tətbiqetmələr hazırlanacaq

Bakı. Azadf Həsənli - Trend:

ASAN ödəniş sistemi üçün mobil tətbiqetmələr hazırlanacaq. Trend Tender Komissiyasının məlumatına istinadən xəbər verir ki,bu məqsədlə elan olunmuş müsabiqədə iddiaçılar Şəxsi kabinet üzərindən ödənişlərin təmin edilməsi, Şəxsi kabinet üzərindən operatorla, iştirakçı və istifadəçilərlə əlaqə saxlanılması üçün yazışma sisteminin qurulması, 108 Çağrı Mərkəzi ilə bir başa əlaqə yaratma imkanının yaradılması, Bütün ödəniş tələblərinin inteqrasiyası: I. Cərimə, II. Rüsum, III. Kommunal ödənişlər, IV. Sair ödənişlər, Bütün prosesinq mərkəzləri ilə interqrasiyanın təmin edilməsi, Elektron cib xidmətinin yaradılması və başqa əlavələr nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər sənədləri oktyabrın 26-na qədər təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti