...

Azərbaycanda əczaçılıq sahəsində ixtiraçıların hüququ qorunacaq

Telekommunikasiya Materials 25 Oktyabr 2016 12:48 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əczaçılıq sənayesi məhsullarının yerli ixtiraçılarına hərtərəfli kömək etməyə hazırdır.
Azərbaycanda əczaçılıq sahəsində ixtiraçıların hüququ qorunacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əczaçılıq sənayesi məhsullarının yerli ixtiraçılarına hərtərəfli kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Komitəsinin Aparat rəhbəri Niyazi Rəhimov deyib.

Onun sözlərinə görə, əczaçılıq sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir.

N.Rəhimov əlavə edib ki, yerli ixtiraçılar üçün treninqlərin keçirilməsi üzrə pilot proqram həyata keçirilir: "Bu onlara həmin sahədə olan mexanizmlərdən istifadə etməyə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti