...

İnternet xidmətləri üçün ödənişlər qabaqcadan ödəniləcək

Telekommunikasiya Materials 8 Noyabr 2016 16:54 (UTC +04:00)
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin İnternet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq etməsi abunəçilərin borclanması problemini tama aradan qaldırıb aradan qaldırıb
İnternet xidmətləri üçün ödənişlər qabaqcadan ödəniləcək

Bakı. Trend:

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin İnternet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq etməsi abunəçilərin borclanması problemini aradan qaldırıb. Bu məlumat Trend-ə İstehsalat Birliyindən verilib.

Sistemin tətbiqi sentyabr ayında nəzərdə tutulsa da, abunəçilərin əksəriyyətinin məlumatı olmadığı üçün, noyabrdan tətbiq etmək qərara alınıb.

Artıq bu aydan BTRİB abunəçiləri sms məlumatlandırma, elan zəngləri vasitəsilə göstərilən xidmətlərə görə yaranan borclar haqqında xəbərdar edilib. “Öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır. BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti