...

Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini digər ölkələrdən daha dəqiq göstərir (FOTO)

Telekommunikasiya Materials 14 Noyabr 2016 16:21 (UTC +04:00)
Belçikanın paytaxtı Brüsseldə “Eap.Trust” və Təhlükəsiz Şəbəkələri üzrə ("1st Workshop of the EaP.Trust and Secure Network") ilk seminar keçirilib.
Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini digər ölkələrdən daha dəqiq göstərir (FOTO)

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldə “Eap.Trust” və Təhlükəsiz Şəbəkələri üzrə ("1st Workshop of the EaP.Trust and Secure Network") ilk seminar keçirilib.

Trend-in məlumatına görə, seminarda Avropanın Şərq tərəfdaşı olan Azərbaycan da daxil olmaqla 6 ölkənin və Avropa İttifaqından Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Şərq tərəfdaşı olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə, həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.

Seminar iştirakçıları elektron identifikasiya və autentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.

Seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib. O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən “Asan İmza” Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycanın “elektron imza” təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib. Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini təmin etmək üçün müasir imzalanma sistemi fəaliyyət göstərir.

Seminarın ikinci günü “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) panelində tədbirlər planı və Şərq tərəfdaşlığına aid dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti