...

"AzInTelecom" MMC beynəlxalq keyfiyyət sertifikatı alıb

Telekommunikasiya Materials 21 Noyabr 2016 20:40 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “AzInTelecom” MMC beynəlxalq keyfiyyət sertifikatını (ISO/IEC 20000-1:2011) əldə edib.
"AzInTelecom" MMC beynəlxalq keyfiyyət sertifikatı alıb

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “AzInTelecom” MMC beynəlxalq keyfiyyət sertifikatını (ISO/IEC 20000-1:2011) əldə edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sertifikat müştərilərinə beynəlxalq tələblərə uyğun keyfiyyətli İT xidmətləri göstərən müəssisələrə verilir.

Keyfiyyət sertifikatlaşdırılması üçün 1864-cü ildə təsis olunan və QVI (Quality Veritas International) şirkətinin vasitəçiliyi ilə Azərbaycana təqdim olunan Norveçin DNV GL (Det Norske Veritas Germanischer Lloyd) şirkəti seçilib.

2016-cı ilin aprelində daxili prosedur və təşkilatı işlərin normaları üçün ISO/IEC 20000-1:2011 beynəlxalq keyfiyyət sertifikatının alınması ilə bağlı işlərə başlanılıb. Sentyabrda aparılan ilkin, noyabrda isə final audit nəticədə heç bir ciddi uyğunsuzluq aşkar edilməyib və “AzInTelecom” MMC-yə ISO/IEC 20000-1:2011 keyfiyyət sertifikatının verilməsi üçün qərar qəbul edilib.

Növbəti addım xidmətlərin daha da yaxşılaşdırılması üçün həyata keçirilən işlərin davam etdirilməsi və informasiya təhlükəsizliyi üzrə “ISO 27001:2013” standartının əldə olunmasıdır.

Nəticədə, “Azıntelecom” MMC IT standartları üzrə beynəlxalq informasiya təhlükəsizliyi norma və tələblərə cavab verən data mərkəzi xidmətləri göstərən etibarlı xidmət provayderi olacaq.

“AzInTelecom” MMC bu sertifikatdan öncə regionda TEİR III sertifikatı almış yeganə data mərkəzidir. “AzInTelecom” MMC beynəlxalq səs telefon trafik mübadiləsinin təşkili, alternativ marşrutlarla beynəlxalq telefon kanallarının yaradılması və istismarı, beynəlxalq telekommunikasiya xidmətlərinin mübadiləsi və marşrutlandırmanın optimallaşdırılması və bu xidmətlərə görə qarşılıqlı operatorlararası hesablaşmaların aparılmasını həyata keçirir.

Eyni zamanda, yeni yaradılmış Data Mərkəz vasitəsi ilə, bulud texnologiyaları əsasında müasir tələblərə cavab verən xidmətlər göstərir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti