...

Nazir: Türkiyə İKT sahəsində türkdilli dövlətlərlə əməkdaşlığı artırmaq niyyətindədir (ÖZƏL)

Telekommunikasiya Materials 5 Dekabr 2016 08:56 (UTC +04:00)
Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının üzvləri ilə İKT sahəsində əməkdaşlığı artırmaq niyyətindədir
Nazir: Türkiyə İKT sahəsində türkdilli dövlətlərlə əməkdaşlığı artırmaq niyyətindədir (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Bu gün informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük potensiala malikdir. Ankara bu sahədə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının üzvləri – Azərbaycan, Qazaxıstan və Qırğızıstanla əməkdaşlıq etmək niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlığlı Şurasının İKT nazirlərinin birinci iclasını şərh edərkən Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, əməkdaşlığı inkişaf etdirməklə bu sahədə Asiya və Avropa regionlarında böyük səmərə əldə etmək olar: “Biz elektron hökumət və kibertəhlükəsizlik sahələrində birgə layihələr həyata keçirmək, o cümlədən təcrübəmizi bölüşmək istərdik.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti