...

Nazir Ramin Quluzadə Neftçalada vətəndaşlarla görüşəcək

Telekommunikasiya Materials 6 Dekabr 2016 10:03 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 9-da Neftçala şəhərində vətəndaşları qəbul edəcək.
Nazir Ramin Quluzadə Neftçalada vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 9-da saat 12:00-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Neftçala rayonunda 02126 33628

Salyan rayonunda 02125 50615

Biləsuvar rayonunda 02529 51335

Cəlilabad rayonunda 02524 52248

Cəbrayıl rayonu üzrə 02638 43799 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti