...

"Standard & Poor’s" "PAŞA Bank"ın reytinqini yüksək səviyyədə təsdiq edib

Telekommunikasiya Materials 13 Dekabr 2016 16:21 (UTC +04:00)
"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank"ın reytinqini yüksək səviyyədə təsdiq edib.
"Standard & Poor’s" "PAŞA Bank"ın reytinqini yüksək səviyyədə təsdiq edib

Bakı. Trend:

"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank"ın reytinqini yüksək səviyyədə təsdiq edib.

Bankdan Trend-ə verilən məlumata görə, emitentin defoltunun uzunmüddətli reytinqi (“EDR”) «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə “B” səviyyəsində təsdiq olunub. Bu reytinq Azərbaycanın 100% yerli kapitallı bütün özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, reytinqin növbəti dəfə təsdiq edilməsinin rəhni Bankın bazar mövqeyi və peşəkar kollektivinin gündəlik müntəzəm və diqqətli işi olub: “Makroiqtisadi çağırışların güclənməsinə baxmayaraq, biz, regional maliyyə institutu kimi, müştərilərimizə peşəkar ekspertiza və fərdi xidmət təqdim etməklə, onları dəstəkləməyi davam etdirdik. Beləliklə də, "PAŞA Bank"ın reytinqinin təsdiq edilməsi əməliyyat ölkələrində sabit maliyyə mövqeyimizin qorunub saxlanmasının, habelə müştərilərin biznes-tərəfdaş kimi bizə qarşı artan etimadının göstəricisidir”.

Qeyd edək ki, "Standard & Poor’s" öz hesabatında "PAŞA Bank"ın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətlərini göstərir. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan "PAŞA Bank"da 430 çox əməkdaş çalışır.

“Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan "PAŞA" Şirkətlər Qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti