...

"Brain Ring" izlə, "Nar"dan hədiyyə qazan" müsabiqəsi başa çatıb

Telekommunikasiya Materials 10 Yanvar 2017 11:23 (UTC +04:00)
“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü başa çatıb.
"Brain Ring" izlə, "Nar"dan hədiyyə qazan" müsabiqəsi başa çatıb

Bakı. Trend:

“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü başa çatıb. Şirkətdən Trend-ə verilən məlumata görə, yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparıb.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə ediblər.

Dekabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Əhəd Əliyev (@ehed2pi), Mahir Əsgərov (@mahirasg).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti