...

Bakcell "Bax nələr mümkündür" yeni şüarını ictimaiyyətə təqdim etdi

Telekommunikasiya Materials 13 Yanvar 2017 12:27 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edib.
Bakcell "Bax nələr mümkündür" yeni şüarını ictimaiyyətə təqdim etdi

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Bakcell təsis olunduğu gündən özünü qiymət və keyfiyyət nisbətinə önəm verən bir operator kimi təqdim edib. Müştərilərimizin ehtiyac və gözləntilərinin daim diqqət mərkəzində saxlanması bizi “Bakcell”in özünü ictimaiyyətə təqdimatını dəyişərək, onu daha fərqli və unikal etməyə ilhamlandırır. Zaman sürətlə dəyişir və dövrümüzün bütün çağırışlarına cavab vermək üçün biz zamanın nəbzini tutmalıyıq. Bu gün telekommunikasiya sahəsi daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəlib. Bu sahədə tərəqqi çox sürətlə gedir və texnoloji şirkət olaraq, biz müştərilərimizin bazarda mövcud olan ən yaxşı və təhlükəsiz həllərdən faydalanmalarına kömək edirik. Bakcell təkcə texnologiya, təkliflər, danışıq dəqiqələri və meqabaytlar deyil, həmçinin insanların həyatında etdiyi müsbət dəyişikliklərdir. Kommunikasiya dövrü düşündüklərimizdən daha artıqdır: o, bir çox müxtəlif imkanlar yaradır və bizim məqsədimiz insanların bu cür imkanlardan istifadə edə bilməsini asanlaşdırmaqdır.

Beləliklə, “Bakcell”in yeni mövqeləndirmə strategiyasının məqsədi insanların həyatına daha çox fayda gətirmək, habelə kommunikasiya dövrünün təklif etdiyi müxtəlif imkanların müştərilərimiz tərəfindən mənimsənilməsini təmin etməkdir. Yeni “Bax nələr mümkündür” fəlsəfəsini rəhbər tutaraq, Bakcell şirkəti öz təkliflərini, innovasiyaları, xidmət və məhsullarını elə bir tərzdə təqdim etməyə çalışacaqdır ki, onlar insanların gündəlik həyatını, işini və asudə vaxtlarını ən müasir texnoloji yeniliklərlə əhatə etsin. Bu yeni mövqeləndirmədə əsas məqsəd telekommunikasiya sahəsində “Bakcell”i digər rəqiblərdən aydın şəkildə fərqləndirmək, müştəriyönümlü olmaq və onların gözləntilərinə cavab verməkdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Telekommunikasiya sahəsinin getdikcə daha çox mobil internetə, smartfonlara, tətbiqetmələrə, sürətə və digər texnoloji innovasiyalara yönəldiyini nəzərə alaraq, Bakcell sadəcə çalışacaqdır ki, onun müştəriləri öz telefonları, bağlantıları, internet və sürətləri ilə edə biləcəkləri inanılmaz şeyləri görə bilsinlər.

“Bax nələr mümkündür” “Bakcell”in gündəlik fəaliyyətinin əsas istiqaməti olacaq və müştərilərin müsbət dəyişikliklərə və innovasiyalara olan ehtiyacını ünvanlayacaqdır.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti