...

İdeya üçün 20 min dollar - “Golden Byte-2017”-nin seçim turu başlayıb

Telekommunikasiya Materials 13 Yanvar 2017 19:46 (UTC +04:00)
Azərbaycanda “Golden Byte-2017” beynəlxalq çempionatının seçim turu başlayıb.
İdeya üçün 20 min dollar - “Golden Byte-2017”-nin seçim turu başlayıb

Bakı. Trend:

İdeya üçün 20 000 dollar? Azərbaycanda “Golden Byte-2017” beynəlxalq çempionatının seçim turu başlayıb.

Sizin gənclər arasında keçiriləcək “Golden Byte-2017” beynəlxalq IT çempionatında qeydiyyatdan keçmək imkanınız var. Uduş fondu - $20 000!

“Golden Byte” nədir?

Bu aparıcı IT şirkətlərin qarşısında öz layihəni təqdim etmək üçün inanılmaz bir imkan, digər ölkələrin təsilçiləri ilə təcrübə mübadiləsi və ən əsası özünü və öz layihəni obyektiv qitmətləndirmək imkanıdır. Bizi iştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, start-up layihələr isə fondlardan və biznes mələklərindən investisiyalar qazanırlar.

Çempionat artıq 9-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Təhsil Nazirliyinin dəstəyi ilə, Azərbaycan ilk dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

2017-ci ildə biz iştirakçılara Invent Create Change (İcad et Yarat Dəyiş) mövzusunu və aşağıdakı nominasiyaları təklif edirik:

- Startup Challenge - proqram lahiyələri müsabiqəsi
- Networking Technologies - sistem inzibatçıları nominasiyası
- Mobile Development - mobil proqramlar müsabiqəsi
- Internet of things - innovasiya lahiyələri müsabiqəsi
- Game Design - oyun yaratma müsabiqəsi
- Character Design - oyun personajlarının yaradılması üzrə müsabiqə
- Web Design - web-lahiyələr müsabiqəsi
- Short Movie - qısa film müsabiqəsi
- NoSQL Expert - məlumat bazaları ilə iş üçün proqram konkursu
- Junior Competition - 10-17 yaşlı məktəblilər müsabiqəsi

Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir.

Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol “Golden Byte- 2017” beynəlxalq IT çempionatında iştirak et.

Qeydiyyat və ideyaların qəbulu Yanvar ayının 31-nə qədər çempionatın rəsmi səhifəsində açıqdır - http://goldenbyte.org

Əlaqə üçün: Yusif Qənbərov (050) 652 53 18

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti