...

Yeni robot evinizi daha ağıllı hala gətirmək üçün sizə kömək edəcək (VİDEO/FOTO)

Maraqlı Materials 19 Yanvar 2017 12:13 (UTC +04:00)
Evimizdə bizlərə dostluq edə biləcək robotlara daha bir yenisi əlavə olundu.
Yeni robot evinizi daha ağıllı hala gətirmək üçün sizə kömək edəcək (VİDEO/FOTO)

Bakı. Trend:

Evimizdə bizlərə dostluq edə biləcək robotlara daha bir yenisi əlavə olundu. Mayfield Robotics tərəfindən inkişaf etdirilən bu sevimli robot Kuri adı ilə istifadəçilərinə təqdim edilib.

Qısa bir müddət əvvəl Asusun sevimli robotu Zenbo əyləncəli bir performansla qarşımıza çıxmışdı. İndi də Bosch, Mayfield Robotics yeni layihəsi Kuri'yi təqdim etdi. Sahib olduğumuz bütün cihazlar ilə evdəki əşyalarımız get-gedə ağıllı bir hala gələrkən, robotlar da yavaş-yavaş evlərimizdə öz yerlərini almağa başlayıblar. Təxminən 50 sm hündürlüyündəki bu şirin robot, evinizi daha ağıllı hala gətirməyi və həyatınızı asanlaşdırmağı planlaşdırır.

Proqramlaşdırılması olduqca sadə olan Kuri, eyni zamanda 1080p çəkiliş edə bilən bir kameraya sahibir. Beləliklə də, evinizin davamlı olaraq nəzarət altında olmasına imkan yaradır. Sevimli robot olan Kuri, suallara "insani" cavablar veri, istəsəniz musiqi çalır və ya kitab oxuyaraq sizi təqib edir. Robot IFTTT sayəsində evdəki digər ağıllı cihazlarla da ünsiyyət qura bilir. Ailənin bütün üzvlərini ayrı-ayrılıqda tanıyan Kuri, evdəki əşya və pilləkənlərə zərər vermədən rahatlıqla gəzə bilir. Batareyası bitmək üzrə olanda isə təyin olunan sahəyə geri dönür.

Mayfield'ın bu sevimli robotunu 100 dollar ödəyərək lkin sifariş edilə bilmək mümkündür.Kuri'yə sahib olmaq üçün isə 699 dollar ödəmək lazımdır.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!
https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti