...

“Socialbakers” növbəti dəfə "Azercell"i sertifikatla təltif edib

Telekommunikasiya Materials 27 Yanvar 2017 18:07 (UTC +04:00)
4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən "Azercell" sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilir.
“Socialbakers” növbəti dəfə "Azercell"i sertifikatla təltif edib

Bakı. Trend:

4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən "Azercell" sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilir.

Azərbaycanda ən populyar sosial şəbəkə olan "Facebook"da "Azercell"in rəsmi səhifəsi artıq 9 ildir fəaliyyət göstərir.

Burada "Azercell"in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. "Azercell" öz "Facebook" səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.

"Azercell"in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb. “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2016-cı ilin oktyabr-noyabr-dekabr aylarında "Azercell" şirkəti rəsmi "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb.

Azərbaycanda mobil operatorlar arasında yalnız "Azercell" bu uğura imza atıb. Şirkət eyni zamanda "Twitter" sosial şəbəkəsində də abunəçilərinin suallarını cavabsız qoymayıb və 79 % göstərici ilə yenə də digər mobil operatorları üstələyib.

Qeyd etmək istərdik ki, "Azercell" həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Hələ 2012-ci ildə "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə "Azercell" ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər "Azercell" həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında məlumatların çatdırılması, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti