...

Nazir Şirvanda vətəndaşlarla görüşəcək

Telekommunikasiya Materials 6 Fevral 2017 17:56 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 10-da saat 12:00-da Şirvan şəhərində vətəndaşlarla görüşəcək.
Nazir Şirvanda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 10-da saat 12:00-da Şirvan şəhərində vətəndaşlarla görüşəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, R.Quluzadə Şirvanda Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şirvan şəhərində 021 2151515

Haçıqabul rayonunda 021 2043101

Sabirabad rayonunda 021 2355082

Saatlı rayonunda 021 2852126

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti