...

Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb (FOTO)

Telekommunikasiya Materials 10 Fevral 2017 17:55 (UTC +04:00)
Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvanda şəhərində vətəndaşlarla görüşüb.
Rabitə və yüksək texnologiyalar naziri Şirvanda vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvanda şəhərində vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı şikayət və təkliflərini dinləyib, müraciətlərinə baxıb. Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.

R.Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regional səfər çərçivəsində nazir R.Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və Poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir R.Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti