...

Azərbaycanın IT şirkəti “ağıllı saat” hazırlayır

Telekommunikasiya Materials 15 Fevral 2017 23:17 (UTC +04:00)
Azərbaycanın “BrailleX” IT-şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün “ağıllı saat” hazırlayır
Azərbaycanın IT şirkəti “ağıllı saat” hazırlayır

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın "BrailleX" IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün "ağıllı saat" hazırlayır.

Bu barədə Trend-ə şirkətin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, "Braille Watch" saatının prototipi fevralın sonunda təqdim olunacaq, payızda isə bu qurğu kütləvi istehsal üçün tam hazır olacaq.

S.İbarhimov deyib: ""Braille Watch" çoxfunksiyalıdır və əlverilşli qiymətlərlə təqdim olunacaq. Qurğuya inteqrə olunan funksiyalar görmə məhdudiyyəti olan şəxslərə həyat tərzini dəyişməyə imkan verəcək. Bu saatdan istifadə etməklə onlar vaxtı öyrənə, SMS-ləri oxuya və cavab yaza bilərlər. Bundan başqa, "ağıllı saat"ın yolda maneənin olub-olmaması barədə məlumat vermək funksiyası da olacaq".

Xəbər lenti

Xəbər lenti