...

İstifadəyə verilən "elektron imza" sertifikatlarının statistikası

Telekommunikasiya Materials 9 Mart 2017 10:43 (UTC +04:00)
Dövlət qurumları üzrə 67.042, fiziki şəxslər üzrə 17.304, hüquqi şəxslər üzrə isə 17.384 olmaqla, ümumilikdə 101.730 elektron imza sertifikatı istifadəyə verilib.
İstifadəyə verilən "elektron imza" sertifikatlarının statistikası

Bakı. Hüseyn Vəliyev - Trend:

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən martın 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 67.042, fiziki şəxslər üzrə 17.304, hüquqi şəxslər üzrə isə 17.384 olmaqla, ümumilikdə 101.730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Trend-in məlumatına görə, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 1514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “elektron imza” sertifikatı düşüb.

Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirlimiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15.858.892, hüquqi və fiziki şəxslər üzrə 3.560.581 olmaqla ümumilikdə 19.419.473 autentifikasiya və “elektron imza” əməliyyatı aparılıb. 2017-ci ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1.566.580 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. Beləliklə, dövlət qurumlarının payına toplam olaraq 1.062.498, hüquqi və fiziki şəxslərin payına isə 504.082 autentifikasiya və “elektron imza” əməliyyatı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti