...

Azərbaycanın internet bazarı Asiya bazarının 0,4 faizini təşkil edir (CƏDVƏL)

Telekommunikasiya Materials 31 Mart 2017 12:10 (UTC +04:00)
Azərbaycanın internet bazarı Asiya bazarının ümumi həcminin 0,4 faizini təşkil edir
Azərbaycanın internet bazarı Asiya bazarının 0,4 faizini təşkil edir (CƏDVƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın internet bazarı Asiya bazarının ümumi həcminin 0,4 faizini təşkil edir.

Trend-in məlumatına görə, bu, İnternet istifadəsinin beynəlxalq statistikası təşkilatının hesabatında yer alıb.

Hesabata əsasən, 2017-ci ilin martın 31-dək Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 75,5 faizini təşkil edərək 7,531 milyon nəfər olub.

İnternetə daxilolma səviyyəsinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında Qazaxıstanı, Gürcüstanı, Ermənistanı, Özbəkistanı, Qırğızıstan, Tacikistanı və Türkmənistanı qabaqlayır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə internetdən istifadə göstəriciləri:

Ölkə

İnternet istifadəçiləri (31 mart 2017-ci il)

İstifadəçilərin əhalinin sayına nisbəti

Asiya üzrə ümumi istifadənin nisbəti

Azərbaycan

7 531 647

75,5

0,4

Qazaxıstan

13 236 444

73,3

0,7

Gürcüstan

2 411 370

60,7

0,1

Özbəkistan

15 453 227

50,4

0,8

Qırğızıstan

2 076 220

33,9

0,1

Tacikisitan

1 622 924

18,3

0,1

Türkmənistan

789 151

14,3

0

Asiya üzrə cəmi

1 873 856 654

45,2

100

Məqalədə:
Xəbər lenti

Xəbər lenti