...

"iPhone 6" sərfəli şərtlərlə satışda

Telekommunikasiya Materials 26 May 2017 18:36 (UTC +04:00)
Azercell Telekom MMC “1001 Smartfon” kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir.
"iPhone 6" sərfəli şərtlərlə satışda

Bakı. Trend:

Azercell Telekom MMC “1001 Smartfon” kampaniyası çərçivəsində sərfəli şərtlərlə smartfon telefonlarını təqdim etməkdə davam edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən müştərilər iPhone 6 32GB telefonunu sərfəli şərtlərlə əldə etmək imkanı qazanırlar.

Abunəçilər 4G-dəstəkləyən smartfonlarını aylıq cəmi 65 AZN-dan başlayan ödənişlə əldə edə bilirlər. Üstəlik, onlara 5GB internet və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı da verilir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Qeyd edək ki, Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində iPhone 7 və iPhone 5S, LG Flex 2 smartfonlarını da sərfəli şərtlərlə təqdim edib.

Azercell “1001 Smartfon” kampaniyası çərçivəsində yay boyunca abunəçilərinə sərfəli şərtlərlə telefonlar təklif etməyə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti