...

"Microsoft" və "İstək" Liseyi arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Telekommunikasiya Materials 7 İyun 2017 10:42 (UTC +04:00)
Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkəti və İSTƏK liseyi arasında anlaşma memorandumu imzalanıb.
"Microsoft" və "İstək" Liseyi arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkəti və İSTƏK liseyi arasında anlaşma memorandumu imzalanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, sənədi “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov və İSTƏK liseyinin direktoru Elxan Əliyev imzalayıblar.

Memoranduma əsasən, İSTƏK liseyində “Microsoft”un təhsil yönümlü təşəbbüslərinin inkişafı və təşviqi həyata keçiriləcək. O cümlədən sənədə akademik proqramlar vasitəsilə “Microsoft”un informasiya resurslarının İSTƏK liseyinin təhsil proqramına inteqrasiya edilməsi üzrə yardım, İSTƏK liseyinə “Microsoft”un akademik lisenziya proqramları, həmçinin “Microsoft Imagine” proqramı vasitəsilə araşdırma üçün “Microsoft” məhsulları və təhsil məqsədləri haqqında müvafiq məlumatların təqdim edilməsi, İSTƏK liseyinə “Microsoft Office 365” haqqında müəllim və tələbələr üçün internet əsaslı əməkdaşlıq mühitinin inkişaf etdirilməsinə dair müvafiq məlumatların təqdim edilməsi, həmçinin akademik lisenziya şərtlərinə uyğun olaraq “Microsoft” məhsullarının tətbiq edilməsinə köməklik göstərmək daxildir.

Bununla yanaşı, memorandum tərəflərin əməkdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyətlər üçün müvafiq şəraitin yaradılmasını, İSTƏK liseyinin tələbə və müəllimlərinin “Microsoft Office 365” proqamından istifadə imkanının təşkili və idarə edilməsinə köməkliyi, əməkşdaşlığın şərtlərinə uyğun olaraq lisey daxilində təbliğat-təşviqat işlərinin aparılmasını və İSTƏK liseyinin tələbə və müəllimləri arasında lisenziyalı proqram təminatlarının istifadəsinin təşviqinə yardımı nəzərdə tutur.

Qeyd edək ki, İSTƏK liseyinin tədris proqramına İKT-nin inteqrasiyası üzrə potensialın artırılması çərçivəsində artıq sözügedən təhsil ocağında istifadə olunan “Microsoft” məhsulları tam lisenziyalaşdırılıb və hazırda lisey “Təhsil üçün Office 365”dən istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti