...

Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində 193 ölkə arasında 48-cidir

Telekommunikasiya Materials 20 İyun 2017 10:08 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Qlobal kibertəhlükəsizlik indeksində 0,559 balla 48-ci yeri tutub.
Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində 193 ölkə arasında 48-cidir

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Qlobal kibertəhlükəsizlik indeksində 0,559 balla 48-ci yeri tutub.

Trend-in məlumatına görə, Azərbaycan bu göstərici ilə postsovet ölkələrindən Ukrayna (59-cu yer), Moldova (73), Qazaxıstan (83), Tacikistan (91), Özbəkistan (93), Qırğızıstan (97), Ermənistan (111) və Türkmənistanı (132) qabaqlayıb.

İlk beşliyə Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya daxildir.

İndeks ümumilikdə 193 ölkənin göstəricilərini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti