...

"Azercell"dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

Telekommunikasiya Materials 20 İyun 2017 17:10 (UTC +04:00)
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır.
"Azercell"dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

Bakı. Trend:

İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.

Məlumat üçün bildirək ki, “Coding Kids – Summer Course” layihəsi 9-11 və 12-15 yaşlı məktəblilər üçün nəzərdə tutulub. 9-11 yaşlı məktəblilər üçün layihə çərçivəsində “İntroduction into İT and Computer Science”, “Coding Techniques” və “Creating Apps”,12-15 yaşlılar üçün isə “İntro into Computer Science Programming in HTML/CSS/Javascript”, “Creating apps” və “Basic Databases” prorqamları keçiriləcək. Proqramın müddəti 6 həftədir. Dərslər həftədə 2 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən pulsuz aparılacaq. Ərizələr 1 iyul 2017-ci il tarixinə qədər qəbul olunacaq. 3 iyul tarixində şagirdlərin proqrama qəbul üçün imtahan keçiriləcək və dərslərə 15 iyul tarixində start veriləcək. Proqramda iştirak etmək üçün şagirdlər

https://docs.google.com/forms/d/1R2sR9f1b1nI0jiLYwYM9sr5A0BgNYMhEh0IXdgxfxsU/edit linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər, bu proqrama müraciət edənlər riyaziyyat və məntiq imtahanına dəvət olunacaqlar və testlərin nəticəsi əsasında kursa dəvət alacaqlar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti