...

"Azercell"dən korporativ müştərilər üçün pulsuz smartfon və sərfəli tarif

Telekommunikasiya Materials 21 İyun 2017 20:07 (UTC +04:00)
Azercell Telekom MMC 20 iyun 2017-ci il tarixindən etibarən abunəçilərinin ixtiyarına daha bir kampaniyanı verir.
"Azercell"dən korporativ müştərilər üçün pulsuz smartfon və sərfəli tarif

Bakı. Trend:

Azercell Telekom MMC 20 iyun 2017-ci il tarixindən etibarən abunəçilərinin ixtiyarına daha bir kampaniyanı verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Azercell"in təqdim etdiyi “Yeni Şirkət” adlı bu sərfəli kampaniyadan bütün hüquqi şəxs statusuna malik olan B2B abunəçiləri yararlana bilərlər. Kampaniyaya qoşulan B2B abunəçiləri “Minimalist” danışıq paketinə abunə olmaqla Lenovo A2016 Smartfonunu, “Optimist “danişıq paketinə abunə olmaqla isə General Mobile 4G Smartfonu pulsuz əldə edə bilərlər.

“Minimalist” və “Optimist” tarif paketlərinə qoşulmaqla abunəçi bir sıra üstünlüklər qazanır. Belə ki, “Minimalist” tarif paketində abunəçi ayda cəmi 19 AZN ödəməklə Lenovo A2016 Smartfonunu qazanmaqla yanaşı, korporativ zənglərdən pulsuz istifadə edir. Bundan əlavə isə şəbəkədaxili zənglər üçün 1000 dəqiqə, şəbəkəxarici zənglər üçün 100 dəqiqə danışıq və 100 ədəd sms qazanır. Mobil internetdən istifadə etmək üçün isə 1 GB internet hədiyyə edilir.

“Optimist” tarif paketinə qoşulan abunəçilər də ayda cəmi 29 AZN ödəməklə General Mobile 4G Smartfonu, şəbəkədaxili 3000 dəqiqə, şəbəkəxarici 300 dəqiqə,300 ədəd sms-lə ilə yanaşı beynəlxalq zənglər üçün 30 dəqiqə pulsuz danışıq əldə edir. Bu üstünlüklərdən əlavə abunəçi eyni zamanda korporativ zənglərdən pulsuz yararlana və 3 GB internetdən istifadə edə bilər.

Qeyd edək ki, kampaniya yalnız yeni Fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Şirkətin tarif paketinə qoşulan fiziki şəxslər kampaniyada iştirak edə bilməz.

Ələvə məlumat üçün abunəçilər 6050 nömrəsinə zəng edə bilərlər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti