...

İCTİMAİ TELEVİZİYA VƏ RADİONUN TEXNOLOJİ TƏCHİZATI ÜÇÜN TƏXMİNƏN $17 MLN TƏLƏB OLUNUR

Telekommunikasiya Materials 23 İyun 2005 13:04 (UTC +04:00)

İctimai Televiziya və Radionun Müşahidə şurasının üzvü, Azinshaat Holding-in prezidenti Natiq Şirinzadənin Trend ə verdiyi məlumata əsasən, tam texnoloji təchizat üçün 80 mlrd manat ($16,95 mln) tələb olunur.

"Bir il ərzində belə maliyyələşdirməni təmin etmək mümkün deyil. Hesab edirəm ki, maliyyələşdirmə məsələsi ardıcıllıqla həll olunacaq. Yaxınlarda gələn ilə olan büdcəni formalaşdıracaqıq və orada hər şey nəzərə alınacaq", - deyə N.Şirinzadə bildirib.

2005-ci il dövlət büdcəsində İctimai Televiziya və Radionun maliyyələşdirilməsi üçün əvvəl 5 mlrd manat ( $1,06 mln-dək) vəsait nəzərdə tutulmuşdur. "2005-ci il dövlət büdcəsinin artması prosesində hökumət İctimai Televiziya və Radionun efirə çıxması üçün ilkin investisiya qismində daha 5 mlrd manat ayırmağı mümkün hesab etdi. Düşünürəm ki, İctimai Televiziya digər mənbə və dövlət fondlarından da vəsait alacaq", - deyə N.Şirinzadə bildirib.

Xəbər lenti

Xəbər lenti