...

SATEL BM GƏNCƏDƏ YENİ STANSİYA İSTİSMARA VERİB

Telekommunikasiya Materials 27 İyun 2005 18:30 (UTC +04:00)

Azərbaycan-Amerika Birgə müəssisəsi (Caspian American Telecommunications, LLC) Gənsədə yeni telefon stansiyasını istifadəyə verib. Catel dən Trend ə verilən məlumata görə, yeni stansiyanın açılışı Gəncədə Catel simsiz telefon rabitəsinə xidmət edir. "Hazırda Nabranda 2-3 günə işə salınması planlaşdırılan digər bir stansiyada işlər başa çatmaq üzrədir", - deyə Cateldən bildiriblər.

Pepspektivdə mərhələli şəkildə Azərbaycanın bütün regionları üzrə simsiz telefon rabitəsi xidmətinin genişləndirilməsi planlaşdırılıb. Hazırda Catel xidmətlərindən Bakıda, bu yaxınlardan Gəncədə, Sumqayıtda və bütün Abşeron yarımadasında istifadə olunur.

İyun ayının əvvəlinə olan məlumata görə Catel abonentlərinin sayı 17 700 təşkil edir. Cari ilin yanvarından Rabitə və informasiya texnologiyaları Nazirliyi şirkətin Azərbaycanda simsiz telefon rabitəsi sahəsində xidmət üzrə lisenziyasının müddətini daha 5 il müddətinə uzadıb.

Cari ilin fevralında Satel 10 min telefon nömrəsinə 418 yeni indeks alıb. Bundan başqa, şirkət artıq qüvvədə olan 447/448 indekslərinə malikdir.

2004-cü ildə şirkət 3 minə yaxın nömrə istifadəyə verib və 4 milyon dollardan artıq vəsait sərmayə qoyub.

Xəbər lenti

Xəbər lenti