...

RABİTƏ NAZİRLİYİ ÜMUMDÜNYA POÇT İTTİFAQI İLƏ LAYİHƏ HƏYATA KEÇİRİR

Telekommunikasiya Materials 29 İyun 2005 13:26 (UTC +04:00)

Azərbaycanın Rabitə və informasiya texnologiyaları Nazirliyi Ymumdünya Poçt İttifaqı (ÜPİ) ilə birlikdə Azerpoct Dövlət Müəssisəsinin texniki yardımı ilə layihə həyata keçirir. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, layihə artıq hazırlanıb

Layihə ölkə daxilində poçt daşınmalarında istifadə etmək məqsədilə Azerpoct üçün avtomaşınların alınmasını nəzərdə tutur.

1999-cu ildə ÜPİ-nın qərarı ilə beynəlxalq poçtun inkişafına yardım üçün xüsusi fond yaradılıb. Fondun vəsaiti inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutularaq həyata keçirilən ödənişlərin gedişində əldə olunun güzəştlər hesabına formalaşır "Məhz bu fondun vəsaiti hesabına bu layihə üçün vəsait ayrılacaq", - deyə . Layihənin dəyəri 135 min dollar təşkil edir ki, bunun 40 min dollarını ÜPİ, qalan hissəsini isə Nazirlik ödəyəcək.

Rabitə Nazirliyndə belə hesab edirlər ki, cari ilin iyulunda təsdiq olunacağı gözlənilən layihə artıq 3-cü rüb ərzində layihə üzrə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması planlaşdırılıb", - deyə Rabitə Nazirliyindən bildiriblər.

Bundan başqa, ÜPİ bu müddət ərzində Naxçıvan Muxtar Respublikasının poçt rabitəsində də həyata keçirilməsi planlaşdırılan analoji laiyhəni təsdiqləməlidir.

Xəbər lenti

Xəbər lenti