...

RABİTƏ NAZİRLİYİNDƏ IT SAHƏSİNDƏ KADRLARIN VƏZİYYƏTİ ÜZRƏ MONİTORİNQ KEÇİRƏCƏK

Telekommunikasiya Materials 30 İyun 2005 16:24 (UTC +04:00)

Azərbaycanın Rabitə və informasiya texnologiyaları Nazirliyi IT sahəsində kadrların vəziyyəti ilə bağlı monitorinq keçirməyi planlaşdırır. Bu barədə Nazirliyin elmi potensial və strateji planlaşdırma şöbəsinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, monitorinq yerli və xarici IT şirkətlərində kadrların vəziyyətini müəyyənləşdirmək üçün aparılacaq. "Monitorinqin əsas məqsədi IT sahəsində ixtisaslaşmış kadrların çatışmamazlığını müəyyən etməkdən ibarətdir",- deyə R.Gülməmmədov qeyd edib.

O həmçinin bildirib ki, hazırda Türkiyə, Şotlandiya və digər ölkələrin auditor şirkətlərindən təkliflər daxil olmağa başlayıb.

Monitorinqdən sonra nəticələr Təhsil Nazirliyinə və Tələbə qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunacaq. "Ola bilsin ki, artıq gələn il IT texnologiyalarının müəyyən ixtisasları üzrə tələbə qəbulu elan ediləcək", -deyə Rabitə Nazirliyinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti