...

BU GÜN AZƏRBAYCANIN REGİONLARINDA YENİ POÇT ŞÖBƏLƏRİ İSTİSMARA VERİLƏCƏK

Telekommunikasiya Materials 4 İyul 2005 18:04 (UTC +04:00)

İyulun 4-də Azərbaycanın regionlarında yeni poçt şöbələrinin açılışı keçiriləcək.Rabitə və informasiya texnologiyaları nazirliyində Trend agentliyinə bildirilib ki, açılışlar Qazax rayonunun Daşsalahlı, Sabirabad rayonunun Yolçubəyli, Şıxsalahlı və Kollar kəndlərində keçiriləcək.

Rabitə nazirliyndə həmçinin qeyd olunub ki, obyektlərin açılışında nazirliyin, Azerpoct dövlət müəssisəsinin, sözügedən rayonların icra hakimiyyətləri nümayəndələrinin iştirakı planlaşdırılır.

Azerpoct-da bildirilib ki, Cəlilabad rayonunun Xanəgah, Qarazəncir, İsmayıllı rayonunun Kürdmaşı, Talıstan, Neftçala rayonunun Qırmızıkənd, Həsənabad və Xoluarabucaq, Balakən rayonunun Şərif, Ucar rayonunun Xələc, Məlikballı, Lerik rayonunun Kələxan, Şəkinin Suçma, İnqə, Sabirabad rayonunun Yolçubeyli, Kürkəndi və Ağdam, Quba, Masallı, Astara, Balakən, Biləsuvar, Daşkəsən, Hacıqabul, Şəmkir, Yevlax və digər rayonların kəndlərində 14 iyul keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsinin qeyd olunması ilə əlaqədar olaraq yeni poçt şöbələri istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti