...

AZERBAYCANDA YENİ POÇT ŞÖBƏLƏRİ AÇILIR

Telekommunikasiya Materials 5 İyul 2005 13:46 (UTC +04:00)

İyulun 5-də Azərbaycanın bir sıra regionlarında yeni poçt şöbələrinin açılışı keçirilib. Rabitə və informasiya texnologiyaları Nazirliyndən Trend ə verilən məlumata görə, açılış mərasimləri Biləsuvar rayonunun İsmətli, Astara rayonunun Ziyakürd, Təngelyurd, Balakən rayonunun Qaysa, Qullar kəndlərində keçirilib.

Rabitə Nazirliyindən həmçinin bildiriblər ki, iyulun 4-də Qazax rayonunun Daşsalahlı,Sabirabad rayonunun Yolçubeyli, Şıxsalahlı və Kollar kəndlərində də yeni analoji obyektlər açılıb.

Obyektlərin açılışında Nazirliyin, "Azərpoçt" Dövlət Müəssisəsinin, həmçinin yuxarıda göstərilən rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.

Bundan əlavə, Cəlilabadın Xanagah, Qarazəncir, İsmayıllı rayonunun Kürdmaşı, Talıstan, Neftçalanın Qırmızıkənd, Həsənabad və Xolqarabucaq, Balakənin Şərif, Ucarın Hələc, Məlikballı, Lerikin Kəlyaxan, Şəki rayonunun Suçma, İnqya, Sabirabadın Kürkəndi və Ağdam, Quba, Masallı, Astara, Balakən, Daşkəsən, Hacıqabul, Şəmkir, Yevlax və digər rayonların kənlərində eks-prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü münasibətilə, yəni iyulun 14-də yeni poçt şöbələrinin binaları istismara təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti