...

BAKIDA YENİ ELEKTRON ATS-LƏR İSTİSMARA VERİLİB

Telekommunikasiya Materials 5 İyul 2005 13:52 (UTC +04:00)

İyulda yeni elektron telefon stansiyaları (EATS) istismara verilib. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata əsasən, stansiyalar Zirə (indeks - 456b həcm 2544 nömrə), Pirallahı (indeks - 457, həcm 3520 nömrə), Bakıxanov və Hövsan qəsəbələrində istismara verilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən həmçinin bildilib ki, iyulun 4-də Əmircan və Yeni Suraxanı qəsəbələrində EATS-lərin açılışı olub. EATS-lərin həcmi Əmircanda (indeks - 452/458) 11 min nömrə, Yeni Suraxanıda (indeks -458) 2032 nömrə təşkil edir.

Açılışda nazirliyin nümayəndələri iştirak ediblər. "Mətbuatda rabitə həftəsi elan olunmuş müddət ərzində 50-dən çox yeni rabitə obyektini istismara vermək planlaşdılır", - deyə Rabitə Nazirliyində vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti