...

2006-CI İLDƏ RABİTƏ SAHƏSİNDƏ GƏLİRLƏR 3,6 MLRD DOLLAR TƏŞKİL EDƏCƏK

Telekommunikasiya Materials 5 İyul 2005 17:27 (UTC +04:00)

Cari ildə rabitə sahəsində gəlirlər 1,4 trln manat (təxminən 3 mlrd dollar) təşkil edəcək. Azərbaycan Respublikasının 2004-2007-ci illər üçün sosial-iqtisadi konsepsiyasına əsasən, bu dövrdə artım tempi 17,8% olacaq.

2006-cı il üçün belə göstəriciyə gəldikdə isə artım tempi 18,6% olmaqla, bu rəqəm 1,7 trln manat (3,6 dollar) təşkil edir.

2007-ci il üçün rabitə sektorunda gəlirlər artım tempi 18% olmaqla 2 trln manat (4,2 mlrd dollar) dəyərində göstərilir.

Qeyd edək ki, 2004-cü ildə Azərbaycanda kommunikasiya sahəsində gəlirlərin artım tempi 35,8% təşkil edib, bu isə nəzərdə tutulandan 25,8% (1 trln 688 mlrd manat - 3,5 mlrd dollar) çoxdur.

Xəbər lenti

Xəbər lenti