...

XIZIDA TKQ-İN TAA-YA BİRLƏŞDİRİLMƏSİ ÜZRƏ İŞLƏR BAŞA ÇATIR

Telekommunikasiya Materials 9 İyul 2005 13:51 (UTC +04:00)

Xızı rayonunda Telekommunikasiya qovşağının Trans-Asiya-Avropa fibrooptik maqistralına birləşdirilməsi üzrə işlər başa çatır. Aztelekom İB-dən Trend agentliyinə verilən məlumata görə, işlər avqustun ilk günlərində başa çatacaq.

İB-də həmçinin onu da bildiriblər ki, Xızı-Giləzi-Siyəzən istiqamətində xətt hazırda yeniləri ilə əvəz olunan dayaqlar vasitəsilə çəkiləcək.

Digər regionlarda belə xətlər yerin altı ilə çəkilib. İşlər başa çatdıqdan sonra məlumatın çatdırılma və rabitə xidmətlərinin keyfiyyəti son dərəcə yaxşılaşacaq.

Bundan başqa Əli-Bayramlı-Saatlı-İmişli-Beyləqan-Ağcabədi-Bərdə istiqamətində ümumi uzunluğu 283 km olan magistral inşa edilir. "Xəttin tikintisi cari iln sonuna qədər başa çatacaq",-deyə, İB-də bildiriblər.

Xəbər lenti

Xəbər lenti