...

DİAL-UP İNTERNET İSTİFADƏÇİLƏRİ ÜÇÜN VAHİD İNTERNET QOVŞAĞI AÇILACAQ

Telekommunikasiya Materials 9 İyul 2005 14:11 (UTC +04:00)

İyulun 9-da Bakıda 493-498 ATS bazasında dial-up İnternet-istifadəçiləri üçün yaradılmış vahid qovşaq açılacaq. İnformasiya Texnologiyaları və Rabitə Nazirliyindən Trend agentliyinə verilən məlumata görə, qovşağın istismara verilməsi mərasimində Bakı Telefon Rabitəsi İB-in, Rabitə Nazirliyinin nümayəndələrinin, telekommunikasiya qovşaqlarının rəhbərlərinin və başqalarının iştirakı gözlənilir.

Bakının bütün abonentlərini birləşdirən bu internet qovşağı Bakı Telefon Rabitəsi İB-in bazasında yaradılıb və bundan sonra Xətai telekommunikasiya qoşağının sərəncamına veriləcək.

Qovşağın yaradılmasına əsas səbəb internet şəbəkəsinə daxil olmaq üçün səsli telefon kanallarının istifadəsi zamanı telefon xətlərinin yüklənməsidir. Qovşağın tətbiq edilməsindən sonra internet istifadəçilərinin şəbəkəyə daxil olmaları üçün xüsusi kanallar ayrılacaq, bu kanallar ATS vasitəsilə internet provayderlərinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti