...

CATEL BM NABRANDA YENİ STANSİYANI İSTİSMARA BURAXIB

Telekommunikasiya Materials 11 İyul 2005 11:41 (UTC +04:00)

CATEL Azərbaycan-Amerika BM (Caspian American Telecommunications, LLC) Nabranda yeni telefon stansiyasını istismara verib. Cateldən Trend agentliyinə verilən məlumata görə, yeni stansiya Nabranda naqilsiz telefon rabitəsinin həyata keçirilməsinə imkan yaradacaq.

Perspektivdə Azərbaycanın bütün bölgələrində naqilsiz telefon xidmətlərinin mərhələ-mərhələ genişləndirilməsi planlaşdırılır. Hazırda Catelin xidmətlərindən Bakıda, Gəncədə, Nabranda və Sumqayıtda istifadə edilir.

Cari ilin mart ayında abonentlərinin sayı təxminən 17 700 nəfər olan Catel Bakıda yeni stansiyanı istismara verib. 2005-ci iln fevralında Catel 10 min nömrəyə yeni 418 indeksi alıb. Bundan başqa şirkətin artıq fəaliyyət göstərən 447/448 indeksləri var.

2004-cü ildə şirkət tərəfindən təxminən 3 min nömrə istifadəyə verilib və 4 milyondan artıq vəsait investisiya olunub.

Xəbər lenti

Xəbər lenti