...

SATEL YENİ STANSİYADA MONTAJ İŞLƏRİ APARIR

Telekommunikasiya Materials 14 İyul 2005 18:37 (UTC +04:00)

Catel (Caspian American Telecommunications, LLC) Azərbaycan-Amerika birgə müəssisəsi (BM) yeni stansiyada montaj işləri aparır. BM-dən Trend ə verilən məlumata görə, stansiya Hövsan qəsəbəsində yerləşir.

Catel-dən bildiriblər ki, stansiyanın tutumu 2 min nömrə təşkil edir. Stansiyanın tutumunu artırmaq üzrə aparılan tədbirlərlə yanaşı, burada bir sıra yeni xidmətlərin göstərilməsi də nəzərdə tutulub. Analoji stansiyalar Qaraçuxur, Yasamal, Biləcəri və Əhmədli qəsəbələrində də quraşdırılıb.

Hazırda Catelin qüvvədə olan 447/448, 418 indekslərinə malik abunəçilərinin sayı 18 mindən yuxarıdır.

Ötən il şirkət rabitə sahəsinə 4 milyondan artıq sərmayə qoyub.

Xəbər lenti

Xəbər lenti