...

AZƏRBAYCAN İNFORMASİYA CƏMİYYƏTİ ÜZRƏ DÜNYA SAMMİTİNƏ CİDDİ HAZIRLAŞIR

Telekommunikasiya Materials 15 İyul 2005 15:33 (UTC +04:00)

"Azərbaycan noyabrın 16-19-da Tunisdə keçiriləcək İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinə ciddi hazırlaşır". Bunu sammitə hazırlıq üzrə işçi qrupunun üzvü, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları institutunun direktoru Rasim Əliquliyev Trend ə bildirmişdir.

Onun sözlərinə görə, BMT-nin təşəbbüsü ilə keçirilən Dünya sammitində ölkələr dövlət başçıları səviyyəində təmsil olunaqdır.

"Sammit çərçivəsində keçiriləcək sərgidə Azərbaycan 100 kv.m. sahədə öz stendini quracaqdır. Stenddə 2003-cü ildə keçirilmiş Cenevrə sammitindən sonra Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları(İKT) sahəsində əldə olunmuş nailiyyətlər öz əksini tapacaqdır. Bunlar isə bir-iki deyildir.

Azərbaycan İKT sahəsində böyük irəliləyişlərə imza atmışdır. Bunların sırasında elektron hökumətin yaradılması, elektron imza, elektron ticarət, müxtəlif şəbəkə infrastrukturları və s. vardır.

Başqa sözlə, əgər biz Cenevrəyə öhdəliklər dalınca getmişdiksə, Tunis sammitinə ölkədə İKT sahəsində əldə etdiyimiz konkret nailiyyətlərimizlə yollanacağıq",-deyə Rasim Əliquliyev bildirmişdir.

Xatırladaq ki, 10-12 dekabr 2003-cü ildə Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti ilə təmsil olunmuşdu.

Xəbər lenti

Xəbər lenti